Вернуться   ::AzeriTriColor-Форум:: > Азеритриколор > Азербайджанское общество

Ответ
 
Опции темы Опции просмотра
Старый 07.05.2012, 16:41   #1
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию Cəmiyyətimizin PrAblemi Nömrə Bir




Dünyanın ən yazıq məxluqu

Əqrəb kimisən, qardaşım,
Qorxaq bir qaranlıq içindəsən,
əqrəb kimi...
Sərçə kimisən, qardaşım,
Sərçənin təlaşı içindəsən.
İlbiz kimisən, qardaşım,
İlbiz kimi örtülü, rahat
Və sönmüş bir yanardağ ağzı kimi qorxuncsan,
qardaşım.
Bir deyil, beş deyil,
yüz milyonlarcasan, təəssüf...
Qoyun kimisən, qardaşım,
yapıncılı çoban qaldıran kimi çomağın
sürüyə qatılırsan
və məğrur-məğrur gedirsən sallaqxanaya.
Yəni dünyanın ən yazıq məxluqusan sən.
Dəryada yaşayıb
dəryanı tanımayan balıqdan da betərsən.
Bu dünyada bu zülm sənin üzündəndir.
Əgər biz acıqsa,
yorğunuqsa,
al-qan içindəyiksə,
şərabımızı verməkçün
üzüm kimi əziliriksə, günah sənin
- deməyə dilim gəlmir, -
amma günahın çoxu sənin,
canım qardaşım!..

Tərcümə: Cavid Cəfərzadə
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
Старый 08.05.2012, 14:32   #2
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
«Yeni Azərbaycan» qəzeti müğənnilər, əməkdar artist Könül Xasıyevaya və İlqar Muradova Yeni Azərbaycan Partiyasının vəsiqələrinin təqdim olunmasından yazıb. Qəzet yazır ki, partiya vəsiqələrini müğənnilərə YAP sədrinin müavini Əli Əhmədov verib.

İlqar Muradov deyib ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusu məndə həmişə olub: «Amma bu partiyaya üzv olmaq məsuliyyətli olduğu üçün çox düşünmüşəm. İndi isə şərəf duyuram ki, artıq rəsmi şəkildə YAP-ın üzvüyəm». Könül Xasıyeva da bildirib ki, mən həmişə özümü Yeni Azərbaycan Partiyasının üzvü kimi hiss etmişəm: «Partiyamızın yaradıcı olan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti dəstəkləmişəm».
Mənbə

Цитата:
...Qoyun kimisən, qardaşım,
yapıncılı çoban qaldıran kimi çomağın
sürüyə qatılırsan
və məğrur-məğrur gedirsən sallaqxanaya.
Yəni dünyanın ən yazıq məxluqusan sən...
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
Старый 09.05.2012, 14:41   #3
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию



Цитата:
...Bu dünyada bu zülm sənin üzündəndir...
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
Старый 10.05.2012, 15:15   #4
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Bu gün sübh tezdən təsadüfən AzTV-nin efirinin 1 dəqiqəlik seyri 2 vacib informasiya eşitməyimə səbəb oldu:

1) "Le Figaro"-ya istinadən bildirildi ki, bir sıra Avropa ölkəsində dini bayramların sayın azaldıb həmin günləri iş günü elan etmək istəyirlər, bunun da əsasında kanalın nəticəsi odur ki, Avropanı dərin iqtisadi böhrandan bürüyüb;

2) "Transparency International" deyilən təşkilata istinadən Portuqaliyadakı korrupsiyanın səviyyəsindən danışıldı.

"Dürtülüşün" süqutundan sonra iqtidarın cibindəki telekanalların, iplə idarə edilən "jurnalistlərin" (hansılar ki, qərb jurnalistlərinin "ikili standartlara" meylli olmaları və ya "qrant atkatları" barədə sifariş alan kimi pələngə dönürlər, amma öz SAHİBLƏRİNİN gözündə paslı-tikanlı tirləri "görmürlər") və bu kateqoriyadan olan digərlərinin davranışını xüsusi maraqla seyr edəcəm.

Цитата:
...İlbiz kimisən, qardaşım,
İlbiz kimi örtülü, rahat
Və sönmüş bir yanardağ ağzı kimi qorxuncsan,
qardaşım...
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
Старый 10.05.2012, 20:04   #5
Местный
 
Аватар для Tebessum
 
Регистрация: 16.01.2008
Сообщений: 4,469
Сказал(а) спасибо: 2,345
Поблагодарили 1,781 раз(а) в 1,048 сообщениях
Вес репутации: 57
Tebessum на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от prostak Посмотреть сообщение



Dünyanın ən yazıq məxluqu

Əqrəb kimisən, qardaşım,
Qorxaq bir qaranlıq içindəsən,
əqrəb kimi...
Sərçə kimisən, qardaşım,
Sərçənin təlaşı içindəsən.
İlbiz kimisən, qardaşım,
İlbiz kimi örtülü, rahat
Və sönmüş bir yanardağ ağzı kimi qorxuncsan,
qardaşım.
Bir deyil, beş deyil,
yüz milyonlarcasan, təəssüf...
Qoyun kimisən, qardaşım,
yapıncılı çoban qaldıran kimi çomağın
sürüyə qatılırsan
və məğrur-məğrur gedirsən sallaqxanaya.
Yəni dünyanın ən yazıq məxluqusan sən.
Dəryada yaşayıb
dəryanı tanımayan balıqdan da betərsən.
Bu dünyada bu zülm sənin üzündəndir.
Əgər biz acıqsa,
yorğunuqsa,
al-qan içindəyiksə,
şərabımızı verməkçün
üzüm kimi əziliriksə, günah sənin
- deməyə dilim gəlmir, -
amma günahın çoxu sənin,
canım qardaşım!..

Tərcümə: Cavid Cəfərzadə
Dünyamı dəyişmir, qardaşım, yoxsa Şairmi?




Tebessum вне форума   Ответить с цитированием
Старый 11.05.2012, 14:31   #6
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Tebessum Посмотреть сообщение
Dünyamı dəyişmir, qardaşım, yoxsa Şairmi?
Əzizim Təbəssüm xanım, onu bilmirəm, yalnız bunu deyə bilərəm ki, normal dünyanın inkişafı istiqamətinin tam əksinə gedən cəmiyyətimizə hətta pinqvinlərin də gülmək haqqı var.

Lakin bu rəzalətdən bir dönüş nöqtəsi olacaq və qorxuram ki, illər boyu dəvəquşu pozasını alanlar insan olmalarını unutsunlar və bir daha qəddini düzəltməsinlər.

__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
Старый 16.05.2012, 14:17   #7
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Məni nə ağlatdı?! (5 gün gecikmiş etiraf) [VIDEO]

Mayın 4-də işə gələn kimi həmkarlarımın Daşkəsənin Çovdar kəndindən olan video reportajına baxmalı oldum.
Baxmamaq mümkün deyildi.
Video özü səni çağırırdı.
5 dəqiqə 48 saniyəlik baxışdan sonra hönkürüb ağladım.
Ona görə yox ki, Vətənin var-dövləti Talan olurdu.
Ona görə yox ki, Xalq bu dərəcədə Avam idi.
Ona görə yox ki, Vətənin bir parçası Viranə qalmışdı.
Ona görə yox...
Bəs nəyə görə?
Ona görə ki, kəndin adamları dilənçi günündə idilər...
Ağızlarında dişləri yox, cavankən qocalmış, əyin-başları nimdaş, ev-eşikləri tökülmüş, balaları ac...
Yenə deyimmi?
Axı, Daşkəsən belə deyildi.
Mənim uşaqlığım oranın yaylaqlarında keçib. Alaxançalda, Xaçbulaqda, Zağalıda...
Nə gözəl yerlər idi!
Həyatımda hələ heç yer məni elə ovsunlamayıb.
Hərdən yuxuma girir...
İnanın, oranın meşələri, dağları, bulaqları, gülləri, çiçəkləri, quşları bir aləmdir!
Hələ adamları...istiqanlı, qonaqcıl...
Hansı evə gedərdin, səni yedirib-içirməyə çalışardılar.
Qalın yorğan-döşəkləri, hündür yastıqları olardı. Yatanda içində itib batardın.
Bəs indi nə oldu belə?
Sovetlər dövründə--işğal zamanında qarnıtox yaşayanlar öz müstəqil ölkələrində niyə dilənçiyə döndülər?
Kimdir günahkar?
Qızıl üstündə yaşayanlar niyə qara qəpiyə həsrətdirlər?

Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!? (Əhməd Cavad)


İstiqlal şairi bu misraları az qala 1 əsr öncə yazıb.
Bəs biz niyə dəyişmirik?
Yeri qızıl, suyu gümüş, havası büllur xalq niyə hələ də acdır?
Nədən hər şeyə möhtacdır?
Niyə hüquqsuzdur?
Nədən belə zavallıdır?
Nədən iki inəyini yemləyə bilməyəcək dərəcədə acizdir?
Nədən bir pəncərəsinə şüşə sala bilməyəcək dərəcədə kasıbdır?
Nədən dostu-düşməndən ayıra bilməyəcək dərəcədə avamdır?
Kimdir günahkar?

Bu qədər uzun sürən bədbəxtliyin səbəbkarı bəlkə “hər şeyə möhtac xalqın” özüdür?

Nə deyirsiniz?!
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход


Текущее время: 21:09. Часовой пояс GMT +5.

Powered by vBulletin® Version 3.8.7
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd. Перевод: zCarot
Rambler's Top100  

Голос Тюркского мира Кавказский полигон