Показать сообщение отдельно
Старый 29.12.2011, 09:36   #44
Местный
 
Аватар для Scarlett
 
Регистрация: 17.09.2006
Сообщений: 21,702
Сказал(а) спасибо: 4,527
Поблагодарили 4,437 раз(а) в 3,137 сообщениях
Вес репутации: 357
Scarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордится
Мои фотоальбомы

По умолчанию



" Xalçaçılıq sənəti 5 min il bundan əvvələ gedib cixir. Bu sənət özündə ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovlu və evdə toxunan xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Tədqiqatlar göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi V-VII əsrlərdə yüksək keyfiyyətli xalça istehsalına görə mərkəz olub. Orta əsrlərdən başlayaraq bütün dünyada ticarət vasitəsi rolunu oynayıb. Bu gün də ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri mövcuddur.
Bu qiymətli xəzinə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin nadir toplusudur. Muzey dünyada xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.
Təəssüflər olsun ki, 14-dən çox xalçaçılıq sexində qalan Qarabağ xalçalarının naxışlarını ermənilər özününküləşdirib. Qarabağın ən gözəl çeşidləri olan "Xanlıq", "Şuşa", "Nəlbəki gül", "Ağ çiçəklər" və digər xalçaları ermənilər toxuyaraq Avropanın bir çox ölkələrində erməni xalçası kimi satırlar, sərgilərə çıxarırlar.
Bütün tarixi mənbələr xalıların ulu nənələrimizin yadigarı olduğunu sübut edir. Ermənilər isə hər məqamda olduğu kimi, xalqımıza məxsus nəcib ənənələrdən bəhrələnmək istəyirlər. İndi milli sərvətimizə sahib çıxmaq, düşmənlərə qarşı hər mənada mübariz olmaq bizdən sadəcə olaraq vətəndaşlıq borcu tələb edir."




Scarlett вне форума   Ответить с цитированием