Показать сообщение отдельно
Старый 13.07.2011, 16:12   #29
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Qardaşların sivilizasiya toqquşması


Qənimət Zahid

“Bir millət iki dövlət” formulu arxaikləşdikcə ironik mahiyyət daşıyır

Biz həmişə başqalarının uğurlarından bəhs edəndə, saxta patriotların damarlarında qan qaynayır: “bizim milli mentalitetimiz!”, deyə həşir çıxarırlar. Bu dəfə başqalarının uğurlarından bəhs etməyək. Biz, axı, bir millətik. Azərbaycanlılar türklərin fərqli bir millət olmadıqlarını kəsinliklə bilirlər. YAP-çılar da bizim eyni millət olduğumuzu etiraf edir, hətta öz ideoloji mənbələrinə istinadən “Bir millət iki dövlət” düsturunu təkrar etməyi xoşlayırlar.

Bəli, biz bir millətik. Millətin “arx”ın o üzündə yaşayan hissəsi dünyanın mütərəqqi dəyərlərinə addım-addım, amma çox sürətlə yaxınlaşır. “Arx”ın bu üzündə yaşayan hissəsi isə dünyanın geridə buraxdığı bütün uğursuzluqlara can atmaq üçün rəsmən dəridən-qabıqdan çıxır.

Bir aydır, Türkiyəni müşahidə edirəm. Həm də ən qaynar zamanda: seçkilər ərəfəsində. Türkiyə bu seçkilərdən alnıaçıq çıxdı.

Çoxpartiyalılıq burada qürur mənbələrindən biridir

Seçki kampaniyası burada həqiqi bir çoxpartiyalılığın olduğunu ortalığa qoydu. Hətta türk dilində heç nə anlamayan əcnəbilər üçün də küçələrdə-meydanlarda yellənən partiya bayraqlarının rəngi burada fərqli düşüncələrin siyasətin özəyini təşkil etdiyini söyləyə bilirdi. Bütün Türkiyə bu bayraqların, onları başı üzərində yelləyən partiya izdihamlarının və liderlərinin seçilmək uğrunda mübarizə meydanına çevrilmişdi. Partiya rəhbərləri bir-birini “yıxıb-sürüyür”, millətin simpatiyasını qazanmaq və millətin hakimiyyətini yönəltmək üçün bütün istedad və bacarıqlarını işə salırdılar. Aşkar görünürdü ki, burada hakimiyyətə gəlməyin yalnız bir- seçki yolu təsəvvür edilir və insanların təsəvvür və təxəyyüllərində başqa heç bir alternativ yoxdur. Seçki kampaniyası Türkiyə hökumətinin, indiki yönətimin də repressiyaları ilə yox, sadəcə, daha fəal kampaniya təşkil etməsi üçün canfəşanlığı ilə yadda qaldı. Seçkiyə qələbə və ya əvvəlki seçkilərdə olduğundan daha böyük nəticə uğrunda iddialarla qoşulan partiyalar ölkəni rəngbərəng bir aləmə çevirmişdilər. Bu ölkədə seçki idi və bu, hətta təyyarədən hava limanına enəndə, ayaqların hələ bu ölkənin torpaqlarına dəymədən hiss edilirdi. Burada millətin simpatiyasını qazanmaq üçün hakimiyyətli-müxalifətli hər kəs özünü seçimə təqdim etmişdi. Heç kəsin ağlından keçmirdi ki, hakimiyyətdə qalmağın və ya hakimiyyətə gəlməyin başqa yolları ola bilər.

Türkiyə müxalifəti daha aqressiv və daha radikaldır

Kampaniya bitdi. Seçki günü axşam 80 milyonluq Türkiyə seçki qutularının nəticələrini ortalığa qoydu. Qalib partiyanın başqanı öz qələbə nitqini söylədi: “Türkiyə qazandı”, dedi. Seçki kampaniyası zamanı səslənən qarışılıqlı ittihamlara, bəzən hətta təhqir həddinə çatan ittihamlara görə bir-birimizi bağışlayaq,“halallaşaq” dedi. Ayrı-ayrı səbəblərə görə müəyyən tərəddqüdlər olsa da, müxalifət də bu çağırışı cavabsız qoymadı. Yeni seçilən, yeni hökuməti formalaşdırmalı olan parlament millətin problemlərini həll etməli idi, öz məhdud partiya maraqlarının intriqasını aparmalı deyildilər. Azərbaycan oxucusuna da yaxşı bələd olan “andiçmə böhranı” yarandı. Ana müxalifət partiyası öz şərtlərini irəli sürərək “biz and içməyəcəyik” bəyanatını səsləndirdi. Amma sonda bu anlaşılmazlıqlar da parlamentdə, yeni seçilən deputatların iştirakı ilə müzakirə edildi, böhran yoluna qoyuldu.

Bu o demək deyil ki, Türkiyədə müxalifət yoxdur, hamı qalib gəlmiş partiyanın lideri, baş nazir Rəcəb Tayyib Ərdoğanın “ətrafında sıx-sıx birləşib”. Burada belə bir axmaq siyasi çağırış yoxdur. Burada müxalifət, hətta Azərbaycan müxalifətindən daha aqressiv və daha barışmazdır. Amma bu barışmazlığa görə onları bir-bir tutub dama basmırlar, pasportlarını alıb ev dustağına çevirmirlər, onların uğurlarını tanıyırlar, uğursuzluqlarından isə daxili siyasi simpatiya naminə yararlanırlar. Bu, həmin millətdir. YAP-çıların “ümummilli lideri”nin də etirafına görə bizi buradakı xalqla “bir millət iki dövlət” formulası birləşdirir.

Bu ölkə neft ölkəsi deyil. Amma inkişafın saxta olmayan göstəricilərinə görə dünyanı mat qoyub. İddiaları yerə-göyə sığmayan Rusiya baş naziri Putin belə: “biz silah düzəltməklə məşğul olanda türklər turizmin inkişafına diqqət verirdilər, ona görə onlar bizdən qabaqdadırlar”, deyə etiraf edir. Buradakı millət dünyadakı ən mütərəqqi siyasi idarəçilik üsullarını mənimsəmək üçün cəhdlər göstərir, heç zaman heç bir siyasi xadimin dilindən, “biz türkük, müsəlmanıq, ona görə də Avropa demokratiyası bizə yaddır” şəklində bəyanatlar eşitməzsiniz. Buradakı millət “Türkiyə demokratiyanın olduğu bir ölkədir” deməkdən qürur duyur və idarə edən hökumətlər də bu demokratiyanı daha irəli aparmaqla məşğuldur. Bu millətin başçısı yol qırıqlarının, idman mərkəzlərinin, yeraltı keçidlərin qırmızı açılış lentlərini kəsməyə həvəs göstərən adam deyil. Burada yaltaqlıq sədaqət etalonu deyil, inzibati amirlik idarəetmə forması deyil. Amma bütün məmur korpusu Türkiyə Cümhuriyyəti dövlətinin etiketlərinin sadiq davamçılarıdır.

“Qardaş lobbisi”

Azərbaycan hansı mentalitetin daşıyıcısıdır? Bunu kimsə bilirmi? Hansı mentalitetdir ki, ölkədə fərqli fikrrlərin mövcudluğunu qəbul etmir? Hansı mentalitetdir ki, ölkədə yalnız bir ovuc adamın rifah hüququnu tanıyır və bütün başqalarının nə insan kimi yaşamasına haqq tanıyır, nə də dövlət himayəsinə güvənməsinə? Bu, ümumiyyətlə, mentalitetdirmi? Belə bir mentalitet yoxdur!

Böyrümüzdəki bu ölkədə vətəndaş informasiya blokadasında deyil. Az qala ən ucqar kəndin belə, internet saytı var. Az qala, ən ucqar vilayətlərin belə bir neçə telekanalı var və bu kanallar hakimiyyətdə olan bir zümrənin siyasi basqıları altında deyil.

Amma bizimkilərin “Qardaş” dedikləri bu ölkədə belə “lobbi” təşkilatları deyilən nəhəng bir məxaric şəbəkəsi qurulub. Bu ölkədən demokratiya vərdişləri əxz etmək əvəzinə özlərinin avtoritar sistemlərinə “ura!” deyəcək tamahkar adamları tapıb onlara milyonlar səpələyirlər. Türkiyədə Azərbaycan lobbisinə heç bir ehtiyac yoxdur. Türkiyəni başına bürüyən Azərbaycan dərnəklərinə zərrə qədər də ehtiyac yoxdur. Bu ölkəyə “qardaş” deyəcəksən, eyni millətdən olduğunu iddia edəcəksən və burada guya Azərbaycanı təbliğ üçün də təşviqat şəbəkəsi quracaqsan! İlk baxışda çox absurd bir fəaliyyət kimi görünür, amma işin kökündə tamam başqa özəlliklər dayanırmış, sən demə.

Azərbaycan Türkiyədən həssaslıqla gizlədilir

Bütün bu şəbəkələr Türkiyənin siyasi çevrələrini, informasiya mərkəzlərini “Azərbaycan həssas məsələdir”, “Azərbaycanda bir işğal problemi var” kimi nağıllar toxumaqla burada öz qanunsuz hakimiyyətlərini və avtoritar davranışlarını ictimai müzakirələrdən çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma bu “həssas məsələ” olan Azərbaycanda diktatura yaratmaq olar; Azərbaycan xalqından oğurlanan, millətin cibindən çıxarılan milyonları burada sərmayə kimi yatırmaq olar.

Azərbaycan həssas məsələ imiş. Amma bu həssas Azərbaycan hökuməti Türkiyədə özünün maraq qruplarını yarada-yarada “bir millət iki dövlət” formulasını sonrakı, ən ucqar yerlərdən birinə atıb. Bu qədər canfəşanlığın, Azərbaycan mövzularının Türkiyədə müzakirələrdən çıxarılmasının mühüm bir neqativi də peyda olub. Bu neqativ Türkiyənin siyasi dairələrində “Azərbaycan qardaş dövlətdir” ifadəsini bərkiməklə, “Azərbaycan qardaş millətin yaşadığı bir ölkədir” qənaətini gündəmdən çıxarıb. Çünki sivilizasiya fərqi böyükdür. Avropa demokratiyasını əxz etməkdən, tədricən onu bütün standartları ilə qəbul etməkdən “mentalitet həqarəti” duymayan Türkiyə sivilizasiyası, demokratiya üçün milli standartların olduğunu bəyan edən, amma bu standartların hansı ölçülərin içində yer aldığını müəyyənləşdirib qurtarmayan Azərbaycan sivilizasiyası ilə uzlaşa bilmir. Bu ideoloji möhtəkirliyin bir sonu olmalı deyilmi? Olacaq, şübhəsiz...
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием