Показать сообщение отдельно
Старый 28.02.2009, 00:10   #252
Местный
 
Аватар для Scarlett
 
Регистрация: 17.09.2006
Сообщений: 21,710
Сказал(а) спасибо: 4,531
Поблагодарили 4,442 раз(а) в 3,140 сообщениях
Вес репутации: 362
Scarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордится
Мои фотоальбомы

По умолчанию

Сегодня заметила, хотя сообщение не свежее.
Цитата:
19.12.2008 15:28:06
Bakıdan Qəbələyə uçan FHN rəhbərini qırıcılar məcburi qaydada aşağı endiriblər

Ölkənin məşhur nazirlərindən biri fövqəladə vəziyyətlə üzləşib. Hadisə bir müddət əvvəl nazir həftəsonunu keçirmək üçün öz vertolyotu ilə Qəbələyə uçmaq istəyərkən baş verib. “Turan”a məlumatlı mənbədən verilən xəbərə görə, havaya qalxdıqdan bir neçə dəqiqə sonra vertolyot Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən hücuma məruz qalıb. Qeyri-rəsmi məlumatlara görə, bu hərəkətlərə səbəb nazirin vertolyotunun uçması üçün zəruri ərizənin olmaması və ya onun verilməsinin gecikməsi olub. Buna görə HHQ vertolyotun havada olmasını qanunsuz hesab edib.

Mənbənin məlumatına görə, vertolyotda olanlar vurulmaqdan qorxaraq, ciddi həyəcan keçiriblər. Bu hadisədən sonra nazir artıq bir neçə həftədir ki, vertolyotla uçmur.
“Yeni Müsavat”ın apardığı araşdırma nəticəsində həmin şəxsin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, K.Heydərovun olduğu vertolyot FHN-in müvafiq bazasından havaya qalxıb və ölkənin şimal-qərb bölgəsinə doğru istiqamət götürüb. Ancaq təxminən 15-20 dəqiqədən sonra Hərbi Hava Qüvvələrinin növbətçi qərargahından vertolyotun məcburi endirilməsi barədə komanda verilib və havaya qalxan qırıcılar K.Heydərovun vertolyotunu aşağı endiriblər. “Fövqəlnazir” baş verən hadisədən bərk qəzəblənərək, elə insidentin baş verdiyi yerdən müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamağa çalışıb. Ancaq həmin vaxt S.Əbiyev istirahət etdiyindən onunla danışa bilməyib. Bundan sonra Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevə zəng edən K.Heydərov onunla çox sərt danışıb və bildirib ki, heç kim onun yolunu kəsə bilməz. Ancaq R.Rzayev nazirin diqqətinə çatdırıb ki, ölkə ərazisində istənilən hava uçuşları ilə bağlı müvafiq mülki qurumlar və Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri rəsmi şəkildə məlumatlandırılmalıdır. Buna görə də K.Heydərova uçuşu davam elətdirməyə imkan verilməyib.

“Fövqəlnazir”in vertolyotla Qəbələyə getməsi barədə müvafiq qurumlara ərizə göndərilməməsi isə K.Heydərovun vertolyotun uçuşa hazırlanması barədə qəfil göstəriş verməsi ilə bağlı olub. Ekipaj üzvləri əvvəlcədən uçuşun qanunsuz olduğu barədə K.Heydərova xəbərdarlıq etsə də, “fövqəlnazir” onlara məhəl qoymayıb. Məlumata görə, Hərbi Hava Qüvvələri əvvəlcə vertolyotun kimlərsə tərəfindən qaçırıldığını zənn edərək, ona atəş açmaq istəyiblər. Ancaq sonradan K.Heydərovun da vertolyotda olduğunu öyrənərək, onu aşağı endiriblər.

Baş verən insidentlə bağlı ölkə başçısının da məlumatlandırıldığı bildirilir.
http://azerxeber.com/xeber/kemaleddi...i-1112314.html




Scarlett вне форума   Ответить с цитированием