Тема: Turqut Özal
Показать сообщение отдельно
Старый 22.04.2013, 11:08   #11
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Turqut Özalın qatilinin Bakıda sirli ölümü

19.04.2013 - 19:54

Türkiyə mətbuatı ölkənin səkkizinci prezidenti olmuş prezident Turqut Özalın ölümü ilə bağlı həyat yoldaşının prokurorluğa verdiyi ifadəni ələ keçirib. Bu gün Azərbaycan mediasında yayılan məlumatlara əsasən Semra Özal ifadəsində Kartal Demirağ tərəfindən həyata keçirilən sui-qəsdi və Özalın son gecəsindən bəhs edib.

Özalın həyat yoldaşı ona 15 il əvvəl verilən “şübhəli” məktubu da prokurorluğa təqdim edib. Həmin məktubda qatilin adı və “Turqut Özal ölmədi, öldürüldü” yazılmışdı.

NTV-nin ələ keçirdiyi üç səhifəlik ifadədə şübhəli Həsən Əlioğlunun Azərbaycandakı ünvanı da göstərilib:

“Ərim öldükdən 5 il sonra İstanbulda yaşadığım evimə, mənim evdə olmadığım vaxt bir şəxs gəlib və həmin adam qapıdakı mühafizəçilərə mütləq Səmra xanımı görməliyəm deyib. Evdə olmadığı söyləyəndə isə indi sizə verdiyim bu qeydi buraxıb: “Turqut Özalı öldürdülər, qatili Azərbaycanda. Adı Həsən Əlioğludur”.

GUNDEMİNFO.AZ Turqut Özalın qətlə yetirilməsiylə bağlı olaraq araşdırma aparıb. Apardığımız araşdırma zamanı ortaya kifayət qədər ilginc faktlar çıxıb. Belə ki, 2012-ci ilin fevral ayının 16-da Bakıda müəmmalı bir ölüm faktı ilə bağlı rəsmi məlumat yayılıb. Bakının Nəsimi Rayon Polis İdarəsindən verilən və Azərbaycan mediasında yayılan bu informasiyaya əsasən 47 yaşlı Həsən Əlioğlu Kandilçi yaşadığı mənzilində müəmmalı şəkildə dünyasını dəyişib.

Mərhumun meyiti yaşadığı Elman Ovçuyev 3, mənzil 28-də aşkarlanıb. Onun ölümünün səbəbləri məlum deyil. Mərhumun hamamdan çıxdıqdan sonra vəziyyətinin pisləşdiyi və öldüyü bildirilir.

Həsən Əioğlunun ölüm səbəbləri ilə bağlı olaraq əlavə heç bir bilgi verilməyib. Çox maraqlıdır ki, Səmra Özal ehtimal edilən qatilin adını aprel ayında çəkib. Hər halda adlar arasında uyğunluq diqqətimizi çəkdi. Bununla belə S.Özalın dediyi Həsən Əlioğlu ilə Bakıda müəmmalı şəkildə öldürülən şəxs arasında hansısa paralellik aparmaq hələ ki ehtimaldır.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием